Rusiya Türkiyəyə iyun ayı üçün təyyarə reyslərini təxirə salıb

18 May 2021 - 11:12

Rusiyanın Aeroflot şirkəti Türkiyəyə iyun reyslərinin demək olar hamısını təxirə salıb. Koronavirusun yayılmasına qarşı ötən ay tətbiq olunmuş qadağa uzadılıb.

Şirkətin mayın 17-də bildirməsinə görə, Rusiya hökuməti Türkiyəyə uçuşları bərpa edənəcən qadağa qüvvədə qalacaq. Türkiyə Rusiya turistlərin ən çox getdiyi ölkələrdən biridir.

Aeroflot koronavirusa qarşı işçi qrupun icazəsi ilə iyunda Türkiyəyə həftədə iki uçuşu saxlayıb.

Rusiya ötən ay Türkiyəyə uçuşları iyunun 1-dək məhdudlaşdırıb.

Aeroflotun sözçüsü Mixail Deminjurnalistlərə deyib ki, qərar dəyişərsə, qrafiki dəyişə, uçuş sayını artıra bilərlər. “Digər şirkətlər kimi biz də hökumətin qərargahının qərarını gözləyirik”, – o deyib.

“İzvestiya” qəzetinin mayın 17-də yazmasına görə, qadağa iyunun 30-dək qüvvədə qalacaq.

Azpost.info