“Rusiya uduzub və Çinin vassalına çevrilib” –MAKRON

“Geopolitik baxımdan Rusiya Ukraynaya qarşı müharibəni uduzub. Rusiya Çinin vassılna çevrilib və Baltik dənizinə olan çıxşı itirib”.

Azpost.info bildirir ki, bu sözləri Fransa prezidenti Makron “L’Opinion” qəzetinə müsahibəsində deyib.

“Rusiya de-fakto Çinə tabe olub və Baltik dənizinə çıxışı itirb. Bu isə İsveç və Finlandiyanın NATO-ya üzv olmaq barədə qərar verməsinə gətirdi. Bunu iki il əvvəl heç ağla gətirmək olmazdı. Bu artıq geopolitik məğlubiyyətdir“.

Makronun sözlərinə görə, gələcəkdə Avropanın təhlükəsizlik arxitekturası Ukraynanı müdafiə etməlidir: “Amma bu Rusiya ilə qarşıdurmaya getmədən, güc balansının bərpa olunması ilə  baş verməlidir”.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.