“Rusiya özü üçün əlverişsiz şərtlərlə sülh bağlamağa hazır idi”- Belarus prezidenti

“Rusiya Ukrayna ilə özü üçün əlverişsiz şərtlərlə sülh müqaviləsi bağlamağa hazır idi”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Onun sözlərinə görə, bu, müharibənin lap əvvəlində olmuşdu. Həmin vaxt ölkələr danışıqlara nümayəndə heyətləri göndərməklə münaqişəni bitirmək üçün yol tapmağa çalışırdılar.

“Belarusda üç raund keçirildi. Sonra Zelenski ya çox sıxıldı, ya da başqa bir şey oldu və Türkiyəyə getdilər. Yaxşı, Türkiyəyə gedildi. Müqavilə layihəsi masaya qoyuldu. Rusiya indi oxusaydı, dəli olardı. Bu, Rusiya üçün qətiyyən  sərfəli deyildi. Lakin Rusiya razılaşdı”, – Lukaşenko deyib.

Belarus prezidentinin sözlərinə görə, bundan sonra bu razılaşma da “səbətə” atıldı. Lukaşenko əlavə edib ki, o, müqavilə layihəsini şəxsən oxuyub və o, hələ də iş masasının üstündə qalır.

Lukaşenkonun fikrincə, Rusiya və Ukrayna danışıqlara qayıtmalı və müharibəni dayandırmaq üçün yeni müqavilə tərtib etməlidir.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvanın Həmkarlar İttifaqları Şurasına yeni sədr seçildi

Sonrakı məqalə

“Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edilib