Naxçıvanın Həmkarlar İttifaqları Şurasına yeni sədr seçildi

Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsinə seçilib.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının genişləndirilmiş məclis iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov iştirak ediblər.

Qeyd edək ki, Qəzənfər Abdullayev bundan əvvəl həmin qurumun Maliyyə-təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Əvvəlki məqalə

“Conson Makrona “yaltaq” dedi və üzünə yumruq atmaq istədi”

Sonrakı məqalə

“Rusiya özü üçün əlverişsiz şərtlərlə sülh bağlamağa hazır idi”