“Rusiya Ukraynanı tərk edənə qədər Kiyevi dəstəkləyəcəyik”- Avropa Parlamentinin sədri

“Rusiya Ukrayna sərhədlərini tərk edənə qədər Avropa İttifaqı Kiyevi dəstəkləyəcək”.

Azpost.info xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Roberta Metsola deyib.

“Bu, iki ölkə arasında münaqişə deyil, bir ölkənin digər ölkənin ərazisinin bir hissəsini işğal etməsidir”, – Metsola vurğulayıb.

O, Aİ-nin Ukraynaya 1 milyon artilleriya mərmisi göndərmək üçün müdafiə istehsalının həcmini artırmaq planlarından da danışıb: “İki aspekt var. Birincisi, Ukrayna ehtiyac duyduğu yardımı alacaq. İkincisi, Aİ ölkələri öz ehtiyacları üçün hərbi istehsalın həcmini artıra biləcək”.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.