“Rusiya Ukrayna sərhədləri boyunca qoşun toplayır” –NATO baş katibi

2014-cü ildən bəri NATO ölkələrinin hərbi büdcələri 270 milyard dollar çatdırılıb.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq bu gün Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
“Avropanın NATO ölkələri və Kanada son illərdə hərbi xərclərini 270 milyard dollara çatdırıb. Bu pullar qətiyyətimizi nümayiş etdirməyə xidmət edən yeni silahlara xərclənib”.

Stoltenberq bildirib ki, Rusiya hərbi qüvvələrinin Ukrayna sərhədləri boyunca toplanması davam edir və münaqişə riski çox yüksək olaraq qalır: “Avropa üçün çox təhlükəli günlərdir. Rusiya davamlı olaraq Ukrayna sərhədləri boyunca qoşun toplayır. Gələcəkdə nə olacağını bilmirik, lakin münaqişə riski çox yüksəkdir. Biz diplomatiyadan istifadə etməyə, diplomatik həll yolu tapmağa çalışırıq. Lakin indi qoşunların çıxarılması və gərginliyin azaldılması əlamətlərini görmürük”.
Stoltenberq əmindir ki, müharibə hazırlığını dayandırmaq hələ gec deyil: “Rusiyanın bu kursu dəyişməsi, sülh yolu ilə həll yollarını inkişaf etdirməyə başlamaq hələ də gec deyil”.
Baş katib həmçinin bildirib ki, NATO Moskva ilə dialoqda iştirak etməyə hazırdır.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mövlud Çavuşoğlu COVID-19-dan sağalıb

Sonrakı məqalə

“Rusiya və Çin dünya nizamını dəyişməyə çalışır”-