Rusiya Ukraynada Neft Zavoduna “İsgəndər” və PUA-lara zərbə endirib

Rusiya Silahlı Qüvvələri Ukraynada Kremençuq Neft Emalı Zavoduna zərbə endirib.

AzPost bildirir ki, zavoda  iki X-101 raketi, dörd “İskəndər” və “Geran” PUA -ları ilə vurulub.

2022-ci ildə Kremençuq Neft Emalı Zavodu Ukraynada fəaliyyət göstərən yeganə neft emalı zavodu idi. Rusiya ordusu zavoda ilk hücumu müharibənin başlandığı ilk vaxtda etmişdi. Ukrayna Silahlı Qüvvələrinə benzin və dizel yanacağı da məhz oradan verilib. Neft emalı zavodu Donbassdakı Ukrayna qruplarını yanacaqla təmin edirdi.

Kremençuq Neft Emalı Zavodunda baş verən irimiqyaslı yanğın hələ də söndürülməyib və tüstü kosmosdan görünür. Külək tüstünü Krivoy Roqa qədər aparıb.

Bu müəssisədə Azərbaycana aid Azeri Light markalı neft təkrar emal olunurdu. Bu zərbənin məqsədyönlü olması şübhəszidr.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.