Rusiya Ukraynada nüvə silahından istifadə edəcəkmi? –Lavrov açıqladı

Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə etməyi düşünmür.

Azpost.info xəbər verir ki, bunu aprelin 19-da “India Today” telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov bildirib ki, Rusiya Ukraynada xüsusi əməliyyatın hazırkı mərhələsində yalnız adi silahlardan istifadə imkanını nəzərdən keçirir. “Mən kifayət qədər adekvat olmayan şəxsin dediklərinə şərh verə bilmərəm. Zelenskinin bəyanatlarını ciddi müzakirə etmək mümkün deyil, çünki o, öz nöqteyi-nəzərini daim dəyişir”.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Moskvanın nüvə silahından istifadə edə biləcəyini deyib.

Azpost.info

Əvvəlki məqalə

“Boş təhdiddir, Ukraynaya köməyi davam etdirəcəyik” – 

Sonrakı məqalə

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı məlumat yaydı –