“Boş təhdiddir, Ukraynaya köməyi davam etdirəcəyik” – ABŞ Rusiyanın diplomatik notasına cavab verdi

ABŞ Rusiyanın etirazlarına görə Ukraynaya hərbi yardımı dayandırmayacaq və onun diplomatik notası boş təhdid hesab olunur.

Azpost.info xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Psaki Rusiyanın Ukraynaya silah tədarükünü dayandırmaq tələbi ilə bağlı sualı cavablandırarkən deyib: “Mən prezident Putin və ya Rusiya rəhbərliyinin boş təhdidləri və ya təhdidləri barədə spekulyasiya etmək fikrində deyiləm”.

Ağ Evin mətbuat katibi əlavə edib ki, ABŞ hakimiyyəti Rusiyanın Ukraynaya müdaxiləsi fonunda əvvəldən planlaşdırdıqlarını edib. Yəni hərbi və iqtisadi yardım göstərib, həmçinin Ukrayna xalqını dəstəkləyib. “Biz bunu etməyə davam edəcəyik”, – Psaki deyib.

Azpost.info

Əvvəlki məqalə

“Tərtər işi” üzrə daha bir hərbçiyə bəraət verildi

Sonrakı məqalə

Rusiya Ukraynada nüvə silahından istifadə edəcəkmi? –