“Rusiya Ukraynada təşəbbüsü əlinə almasaydı, bunu digər tərəf edəcəkdi” –Xamneyi Putinə dəstək verdi

https://www.leader.ir/fa/pictures/album/2482/grid?img=71710_503.jpg

“Tehran və Moskva iqtisadi əlaqələrini inkişaf etdirməlidirlər. Hər iki ölkə Qərbin sanksiyaları altındadır”. 

Azpost.info Mehr Agentliyinə istinadən bildirir ki, bu sözləri İranın ali dini lideri, Ayətullah Xamneyi Rusiya prezidenti Putinlə görüşü zamanı bildirib.

“Qərbin sanksiyaları fonunda hər iki tərəfin maraqlarına cavab verən İran-Rusiya iqtisadi əməkdaşlığı vacibdir“-deyə Xamneyi vurğulayıb.

Dini rəhbər Ukraynda hadisələrinə də toxunub. Xamneyi deyib ki, əgər Rusiya Ukraynada təşəbbüsü öz əlinə almasaydı, bunu digər tərəf edəcəkdi. Ayətullahın sözlərinə görə, NATO təhlükə yaradır: “NATO Ukraynada dayandırılmasaydı Alyans eyni müharibəni Krım adı altında başlayacaqdı”. 

 

 

Əvvəlki məqalə

Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun məhkəməsi başlayır

Sonrakı məqalə

Bakıda 2 “Toyota Prius” toqquşdu –