Bakıda 2 “Toyota Prius” toqquşdu –1 ölü, 4 yaralı var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Binəqədi-Balaxanı yolunda, 4 yol adlanan ərazidə qeydə alınıb.

Rüstəm Qəmbərovun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Rüfət Hüseynovun idarə etdiyi eyni markalı avtomobil toqquşub. Nəticədə, sərnişin qismində olan Rüfət Hüseynovun atası Əlihüseyn Hüseynov hadisə yerində ölüb, digər sürücü və daha 3 sərnişin hadisə yerində xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Əvvəlki məqalə

“Rusiya Ukraynada təşəbbüsü əlinə almasaydı, bunu digər tərəf edəcəkdi” –

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri