“Rusiya Ukraynadakı müharibəyə 16 min suriyalı cəlb edəcək” – “The New York Times”

Suriyalı muzdluların ilk kontingenti Ukraynaya göndərilməzdən əvvəl hərbi təlim keçmək üçün Rusiyaya gəlib.

Azpost.info xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Məlumata görə, qruplaşmaya Suriya ordusunun rus zabitləri ilə sıx əməkdaşlıq edən diviziyasından ən azı 300 əsgər daxildir. Rusiyaya göndərilməzdən əvvəl suriyalı döyüşçülər ölkənin xüsusi xidmət orqanları tərəfindən yoxlanılır. “The New York Times” yazır ki, son illərdə Suriya muzdluların ixracatçısına çevrilib. Muzdlu qüvvələr Liviyada, Mərkəzi Afrika Respublikasında, indi isə Ukraynada gedən döyüşlərdə iştirak edir. “Bəzi suriyalılar Əsədi dəstəklədiyinə görə Rusiyaya sədaqət nümayiş etdirir, bəziləri isə sadəcə pula ehtiyac duyur. Onlar obyektlərin mühafizəsi kimi qeyri-döyüş işləri görəcəklərinə dair vədlərə inanırlar”, – suriyalı hüquq müdafiəçisi Bassam Ələhməd deyib. Nəşr xatırladıb ki, muzdlulardan istifadə Cenevrə konvensiyalarına görə müharibə cinayəti sayılmır: “Lakin bunu cinayət hesab edən ayrıca BMT müqaviləsi var. Ukrayna bu sənədi imzalayıb, Rusiya isə yox. Rusiya Ukraynadakı müharibəyə çoxlu sayda suriyalını cəlb edə bilər. İşlərinin gizli xarakterinə görə suriyalı muzdluların yerləşdirilməsi və fəaliyyətləri ilə bağlı çox şey aydın deyil”. Qəzetə danışan mənbə qeyd edib ki, Rusiya döyüş təcrübəsi olanlara üstünlük verməklə Ukraynaya qarşı müharibəyə 16 min suriyalı cəlb etmək niyyətindədir: “Hazırda Rusiyada olan muzdlular Suriya ordusunun elit diviziyasının nümayəndələridir. Rusiya tərəfi onlara altı ay ərzində ayda 1200 dollar, Suriyaya qayıdanda isə 3000 dollar bonus təklif edib”.

Azpost.info

Əvvəlki məqalə

Bu gün Ukrayna və Rusiya arasında danışıqların növbəti mərhələsi keçiriləcək

Sonrakı məqalə

Hikmət Hacıyev Azərbaycanın minasızlaşdırma layihələrinə dəstəklə bağlı çağırış edib