“Rusiya tərəfi Ukraynanın beş bölgəsi ilə bağlı güzəştə gedib”.
Bunu CNN telekanalına müsahibəsində ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.
Xüsusi nümayəndə qeyd edib ki, Rusiyanın razılaşdığı şərtlər bütün Ukraynanı ələ keçirməməkdən ibarətdir.
“Bilirsiniz, qulaq asın, mən əmin deyiləm ki, bizim indi bu beş region üzrə bütün müxtəlif məsələləri nəzərdən keçirməyə vaxtımız var”.
“Biz inqilabi hadisə kimi səciyyələndirdiyim etibarlı təhlükəsizlik zəmanətləri haqqında razılığa gəldik. Əvvəlcə düşünmürdük ki, sazişə yaxın idik. Beləliklə, razılıq əldə olundu və bu, hələ hamısı deyil”-deyə Vitkoff vurğulayıb.
“Rusiyanın razılaşdığı güzəştlər bütün Ukraynanı ələ keçirməyəcəyidir. Həmçinin Rusiya öz Konstitusiyasında Avropa ölkələrinə hücum etməyəcəyini bənd kimi yazacaq. Biz etibarlı təhlükəsizlik zəmanətləri barədə razılığa gəldik, onlar dönüş nöqtəsidir” – deyə o bildirib.