ABŞ prezidenti Trampın xüsusi nümayəndəsi Uiitkoff Rusiya prezidenti Putinlə görüşdə “ərazilər məsələsini” müzakirə etdiyini bildirib.
AzPost bildirir ki, bu barədə “Wall Street Journal” xəbər verir.
Nəşrin yazdığına görə, Uiitkoff, Rusiyanın nizamlanmanın bir hissəsi kimi “hamısını yox, bəzi bölgələri ” əlində saxlaya biləcəyini söyləyib.
O, həmçinin etiraf edib ki, əhalisinin əsasən rus dilində danışdığı regionlar Kiyev üçün o qədər də vacib olmaya bilər.