Rusiya Ukraynanın desant daşıyan 4 hərbi katerini vurub

Rusiyanın Qara dəniz donanmasının aviasiyası Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti ilə birlikdə dörd hərbi katerini məhv edib.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi sentyabrın 4-də Telegram kanalında yaydığı məlumatda bildirib.

“Qara dənizdə hərbi-dəniz aviasiya təyyarələri Ukrayna Silahlı Qüvvələrinin  desant qrupları olan dörd yüksəksürətli hərbi katerini məhv edib”-deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

“…Gecə Qara dənizin şimal-qərb hissəsində Qara Dəniz Donanmasının hərbi-dəniz aviasiya təyyarələri Ukrayna Silahlı Qüvvələrinin desant qrupları ilə birlikdə ABŞ-ın “Willard Sea Force”  Dəniz Qüvvələri tərəfindən istehsal olunan dörd yüksək sürətli hərbi kateri məhv edib”-deyə açıqlamada qeyd olunur.

Katerlərin Krım sahilindəki Tarxankut burnuna doğru hərəkət etdiyi bildirilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.