“Rusiya Ukraynanın enerji obyektlərinə yeni hücumlar hazırlayır”- Britaniya KƏŞFİYYATI

Britaniya kəşfiyyatı qarşıdan gələn qışda Rusiyanın Ukraynanın enerji infrastrukturuna mümkün yeni hücum dalğası barədə xəbərdarlıq edib.

Azpost.info xəbər verir ki, 2022-ci ilin oktyabrından 2023-cü ilin martına qədər Rusiya Ukraynanın milli enerji infrastrukturuna ciddi zərbələr endirib.

Əsas hücum vasitəsi havadan buraxılan qanadlı raketlər, xüsusən də Rusiya ərazisindən buraxılan X-101 olub.

Bununla belə, 2023-cü ilin aprel ayından etibarən havadan buraxılan qanadlı raketlərin istehsalına çəkilən xərclərin nisbətində azalma müşahidə olunur. Britaniya kəşfiyyatına görə, bu onu deməyə əsas verir ki, Rusiya bu raketlərin əhəmiyyətli ehtiyatını toplaya bilib.

Ötən il Rusiya Ukraynanın əsas enerji obyektlərinə 1200-dən çox raket və dron hücumu edib. Onlardan 250-yə yaxını hədəfinə çataraq əsas enerji şəbəkələrinin 43 faizini zədələyib. İstilik və su elektrik stansiyalarına da ziyan dəyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.