Rusiya Ukraynanın on regionunu raket atəşinə tutub

Rusiya Ukraynanın 10 regionuna geniş raket zərbəsi endirib.

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski özünün Telegram kanalında bildirib.

“Ağır gecə. Ölkə daxilində kütləvi raket hücumu. Kiyev, Kirovoqrad vilayəti, Dnepropetrovsk vilayəti, Odessa vilayəti, Xarkov vilayəti, Zaporojye, Lvov vilayəti, İvano-Frankivsk rayonu, Jitomir vilayəti, Vinnitsa vilayəti. Kritik infrastruktura, yaşayış binalarına hücumlar. Təəssüf ki, ölənlər və yaralananlar var. Ailələrə başsağlığı verirəm”, – deyə Ukrayna lideri bildirib.

O, Ukraynaya 81 raket atıldığını bildirib. Zelenskinin sözlərinə görə, Rusiya “öz acınacaqlı taktikasına qayıtmaqla ukraynalıları yenidən qorxutmağa” çalışır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.