Rusiya Ukraynanın şərqində hucuma hazırlaşır –Baş Qərargah

“Rusiya qoşunlarını yenidən qruplaşdırır və Ukraynanın şərqində hücum əməliyyatına hazırlaşır.

Azpost.info bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook səhifəsində məlumat verilib.

“Məqsəd Donetsk və Luqansk vilayətlərinin ərazisi üzərində tam nəzarəti bərqərar etməkdir. Düşmən Tavriya və Yujnobuqski əməliyyat rayonlarında bölmələrin mövqelərini yaxşılaşdırmağa çalışır”, – deyə açıqlamada bildirilir.

Bundan əlavə, Belarus ərazisində eşalonlara yüklənmək üçün silahlı qrupların və hərbi texnikanın dəmir yolu ilə  Qomel, Yelsk və Mozır dəmir yolu stansiyaları istiqamətində hərəkəti qeyd olunur.

“Rusiya Silahlı Qüvvələrinin Aerokosmik Qüvvələrinin təyyarə və helikopterlərinin xeyli hissəsi Belarusun aerodromlarından Rusiya ərazisinə köçürülüb”, – deyə məlumatda vurğulanır.

Əvvəlki məqalə

ABŞ Rusiyanın Ukraynada müharibənin yeni mərhələsinə hazırlaşdığını bəyan edib

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri