Rusiya Ukraynaya silah göndərən ölkələrə nota verib

Rusiya ABŞ da daxil olmaqla Ukraynaya silah tədarük edən bütün ölkələrə nota göndərib.

Azpost.info bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə deyib.

Qeyd edək ki, bir müddət əvvəl “Washington Post” Rusiyanın Ukraynaya silah tədarük etdiyinə görə ABŞ-a nota göndərdiyi barədə məqalə dərc edib.
Mariya Zaxarova bununla bağlı suala “bəli, göndərilib” cavabını verib. O, notanın hansı ölkələrə göndərilməsi ilə bağlı suala “hamısına” cavabını verib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.