Rusiya Ukraynaya sülh memorandumu təqdim etdi

Vladimir Medinski
Vladimir Medinski

Rusiya Federasiyası Ukrayna ilə aparılan danışıqlar çərçivəsində qarşı tərəfə iki hissədən ibarət memorandum təqdim edib. AzPost xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri, Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski açıqlama verib.

Medinskinin sözlərinə görə, sənəd həm Rusiya, həm də Türkiyə tərəfinə təqdim olunub və sülh prosesinə dair detalları əhatə edir. Memorandumun birinci hissəsində uzunmüddətli və real sülhün əldə olunması üçün nəzərdə tutulan siyasi və hüquqi çərçivə yer alıb. İkinci hissə isə tam və davamlı atəşkəsin təmin edilməsi üçün atılmalı olan konkret addımlara həsr olunub.

Medinski bildirib ki, plan kifayət qədər əhatəli və müfəssəldir: “Hazırladığımız sənəd kompleks yanaşma tələb edir. Ukrayna tərəfi bu təklifi araşdırmaq qərarına gəlib və yaxın vaxtlarda mövqeyini bildirəcək”.

Tərəflər arasında danışıqların hansı mərhələdə olduğu və memoranduma rəsmi cavabın nə vaxt veriləcəyi hələlik məlum deyil.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.