Rusiya və Azərbaycan nümayəndə heyəti bu gün görüşür

Avqustun 22-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası keçiriləcək.

APA-nın xəbərinə görə, iclas Həştərxanda baş tutacaq.

Komissiyanın iclasında iqtisadi sahədə bir sıra sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri – Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.