Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada görüşüb

01 Aprel 2021 - 22:46

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ara Ayvazyanla görüşüb.

“RİA Novosti” xəbər verir ki, nazirlər humanitar və iqtisadi məsələləri müzakirə ediblər.

“Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli müqavilələrinin həyata keçirilməsini müzakirə ediblər”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.