Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ara Ayvazyanla görüşüb.

“RİA Novosti” xəbər verir ki, nazirlər humanitar və iqtisadi məsələləri müzakirə ediblər.

“Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli müqavilələrinin həyata keçirilməsini müzakirə ediblər”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramov və Lavrov arasında ikitərəfli görüş keçirilib –

Sonrakı məqalə

Ümrə ziyarətinə gələn zəvvarlardan peyvəndləmə sənədi tələb edilməyəcək