Ceyhun Bayramov və Lavrov arasında ikitərəfli görüş keçirilib –FOTO

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş keçirilib.

Rusiya Xarici işlər Nazirliyindən verilən məlumata görə, iki ölkənin XİN başçıları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının həyata keçirilməsinin gedişatını, xüsusilə Dağlıq Qarabağdakı humanitar tapşırıqların həllinə dair məsələləri, regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpa olunmasını müzakirə ediblər.

Bundan başqa, ikitərəfli münasbətlərə dair, o cümlədən, yüksək səviyyəli təmaslar, eləcə də iki dövlət arasında diplomatik münaisbətlərin qurulmasının 30 illiyinin 2022-ci ildə qeyd olunmasına hazırlıq barədə fikir mübadiləsi aparılıb.

Beynəlxalq gündəmdə duran və qarşılıqlı maraq doğuran bir sıra mövzulara toxunulub.

Azərbaycan Xarici İşlər Nazirliyi də nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşünə dair məlumat yayıb.

XİN-in Mətbuat xidməti idarəsindən bildirilib ki, aprelin 1-də MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskvada işçi səfərdə olan nazir Ceyhun Bayramovun Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşü keçirilib.

Hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, mövcud regional vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi məsələlərinə dair ətraflı müzakirələr aparılıb.

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mövcud olan dialoqunun səviyyəsindən məmnunluq ifadə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Müşahidə edilən ayrıseçkilik məyusluq yaradır” –

Sonrakı məqalə

Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada görüşüb