Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya və Finlandiya Prezidentlərin danışığı barədə məlumat yayıb

User 14 May 2022 - 16:26 (Last updated: 21 May 2025 - 20:15)
putin fin prezident

Rusiya prezidenti Vladimir Putinlə finlandiyalı həmkarı Sauli Niinistö arasında telefon söhbəti olub.

Azpost.info xəbər verir ki, söhbətin təfərrüatları barədə Kreml və Finlandiya prezidentinin ofisi məlumat yayıb. Məlumata görə, Sauli Niinistö telefon danışığı zamanı Vladimir Putinə ölkəsinin NATO-ya üzv olmaq niyyətindən danışıb.

O, Finlandiyanın yaxın günlərdə alyansa üzvlüklə bağlı qərar verəcəyini açıqlayıb. Öz növbəsində, Putin bildirib ki, Finlandiyanın hərbi neytrallıq siyasətindən imtina etməsi səhv olardı. Çünki ölkənin təhlükəsizliyinə heç bir təhdid yoxdur.

O qeyd edib ki, Finlandiyanın xarici siyasətində dəyişiklik Rusiya ilə uzun illərdir mehriban qonşuluq və tərəfdaşlıq əməkdaşlığı ruhunda qurulmuş münasibətlərə mənfi təsir göstərə bilər. Finlandiya prezidenti əlavə edib ki, ölkəsi NATO-ya daxil olmaqla öz təhlükəsizliyini gücləndirir və məsuliyyəti öz üzərinə götürür.

Niinistö hesab edir ki, Rusiyanın 2021-ci ilin sonunda ölkələrin NATO-ya üzv olmasının qarşısını almaq məqsədi daşıyan tələbləri və Rusiyanın Ukraynada xüsusi əməliyyata başlaması Finlandiyanın təhlükəsizlik vəziyyətini əsaslı şəkildə dəyişib. Qeyd edək ki, prezidentlər arasında telefon danışığı Finlandiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Azpost.info

Post navigation

Previous: Suraxanıda qadın özünü 9-cu mərtəbədən atıb
Next: “Bunların təməlində əziz qardaşımın böyük əməyi var” –

Oxşar xəbərlər

lukasenko
  • Dünya

“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko

User 03 Noyabr 2026 - 14:50
peskov
  • Dünya

Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı

User 03 Noyabr 2026 - 14:41
Tramp
  • Dünya

Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq?

User 03 Noyabr 2026 - 14:24

xƏBƏR

budce
  • İqtisadiyyat

Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

User 03 Noyabr 2026 - 15:06
Milli Məclisin komitələrində “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayır. Sabah qanun layihəsi...
Read more about Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko lukasenko
  • Dünya

“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko

User 03 Noyabr 2026 - 14:50
Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı peskov
  • Dünya

Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı

User 03 Noyabr 2026 - 14:41
Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35
Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq? Tramp
  • Dünya

Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq?

User 03 Noyabr 2026 - 14:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.