Rusiya və İran prezidentləri strateji tərəfdaşlıq sazişi imzaladı

putin pezeskian
putin pezeskian

Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian hərtərəfli strateji tərəfdaşlıq haqqında ikitərəfli saziş imzalayıblar.

Azpost bildirir ki, sənəd bu gün Moskvada danışıqlardan sonra imzalanıb.

Hazırda Rusiya ilə İran arasında münasibətlər Münasibətlərin Əsasları və Əməkdaşlıq Prinsipləri haqqında Müqaviləyə əsaslanır. Bu sənəd 2001-ci ildə imzalanıb və hər beş ildən bir avtomatik yenilənir.

Son illər Moskva və Tehran bu qənaətə gəliblər ki, bu sənəd yeni geosiyasi reallıqlara və əməkdaşlığın daha yüksək səviyyəsinə uyğun gəlmir. Yeni saziş üzərində aktiv iş 2022-ci ilin yanvarında İbrahim Rəisinin Moskvaya səfərindən sonra başlayıb.

İranın Rusiyadakı səfiri Kazım Cəlalinin yanvarın 11-də verdiyi məlumata görə, sənəd preambula və ən azı növbəti 20 il ərzində ölkələrin bütün sahələrdə əlaqələrini müəyyən edəcək 47 maddədən ibarətdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.