Rusiya və ABŞ kosmosla bağlı birgə sənəd layihəsi hazırlayıb

Rusiyanın “Roskosmos” dövlət korporasiyası amerikalı həmkarları ilə birlikdə Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbitdən çıxarılması prosesini tənzimləyən texniki sənəd layihəsi hazırlayıb.

TASS agentliyinin məlumatına görə, bu barədə korporasiyasının mətbuat xidmətindən məlumat verilib.

“Bir müddət əvvəl biz amerikalı həmkarlarımızla birlikdə Beynəlxalq Kosmik Stansiyanın orbitdən çıxarılmasını, daha doğrusu, deorbitasiyanın texniki aspektlərini tənzimləyən texniki sənəd layihəsi hazırladıq”, – deyə məlumatda qeyd edilib.

Dövlət korporasiyası bildirib ki, hər iki tərəfin imkanlarının tətbiq olunduğu Beynəlxalq Kosmik Stansiyanın orbitdən çıxarılması üçün müxtəlif ssenarilər nəzərdən keçirilir. Eyni zamanda, müzakirələr, o cümlədən ISS proqramının rəhbərliyi səviyyəsində aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.