Rusiya və Azərbaycan XİN başçılarının müavinlərinin görüşü keçirilib

Moskvada Rusiya, Azərbaycan xarici işlər nazirlərinin müavinləri Andrey Rudenko və Xələf Xələfov  arasında görüş keçirilib. 

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, görüşdə ikitərəfli, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunub.

“Danışıqlar ənənəvi olaraq ölkələrimiz arasında olan strateji tərəfdaşlıq münasibətlərinə uyğun konstruktiv və dostluq atmosferində keçib”, deyə Rusiya XiN-in məlumatında qeyd olunub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkəyə gətirilən 20 qrama qədər qızıla aksiz güzəşti qüvvədə saxlanılıb

Sonrakı məqalə

Azərbaycan 5 erməni əsirini geri qaytarıb –