“Rusiya və Çinlə güclü siyasi blok yaratmalıyıq”- MADURO

Venesuela prezidenti Nikolas Maduro Latın Amerikası ölkələrinin liderləri ilə telefon danışığı zamanı Rusiya və Çinin müttəfiqləri blokunun yaradılmasını təklif edib.

Azpost.info xəbər verir ki, o, bu məsələni Braziliya prezidenti Luiz İnasio Lula da Silva, Kolumbiya prezidenti Qustavo Petro və Argentina prezidenti Alberto Fernandeslə müzakirə edib.

“Güclü siyasi qüvvələr blokunun, dünyaya söz açacaq iqtisadi gücün yaradılmasına yaxınlaşmaq üçün Latın Amerikası və Karib hövzəsinin səylərini və yollarını birləşdirmək vaxtıdır”, – Maduro deyib.

Venesuela prezidentinin fikrincə, Latın Amerikası ölkələrinin Rusiya və Çinlə siyasi bloku yeni güc qütbünə çevrilə bilər. O hesab edir ki, bu ittifaq böyük qardaş Si Cinpinin danışdığı ümumi məqsədləri bölüşə bilər.

Azpost.info

Əvvəlki məqalə

“Bitkoinin qiyməti 11 faiz artıb”

Sonrakı məqalə

Dövlət xətti ilə 2 min 977 kirayə mənzil verilib