“Bitkoinin qiyməti 11 faiz artıb”- “Binance” birjası

Yanvarın 14-də bitkoinin qiyməti təxminən 11 faiz artaraq 20,8 min dollara çatıb.

Azpost.info xəbər verir ki, bunu “Binance” kriptovalyuta birjasındakı ticarət məlumatları göstərir.

Öz növbəsində, 20-dən çox birja üçün orta qiyməti hesablayan “CoinMarketCap” portalı bitkoinin dəyərinin 11,01 faiz artaraq 20,8 min dollara çatdığını bildirir.

Bu arada, amerikalı investor Cim Rocers bir neçə gün əvvəl bildirmişdi ki, mövcud kriptovalyutaların çoxu sonda yoxa çıxacaq və ya dəyərdən düşəcək. O, yalnız dövlətlər tərəfindən buraxılan rəqəmsal valyutaların etibarlı olacağına inanır.

Azpost.info

Əvvəlki məqalə

Dünya birjalarında neft qiymətləri:

Sonrakı məqalə

“Rusiya və Çinlə güclü siyasi blok yaratmalıyıq”