“ABŞ-da dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında başlayan danışıqlar Moskvada davam etdirilə bilər”.
Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Rusiya və Qərb dövlətləri Ermənistan-Azərbaycan probleminin həlli üçün ayrıca layihələr təqdim etməyiblər.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri mayın 1-dən 4-dək ABŞ-da münaqişənin nizamlanmasına dair danışıqlar aparıblar.
Azpost.info