“Rusiya və Suriya ilə aparılan işlər sayəsində 550 min qaçqın vətəninə qayıdıb”- ƏRDOĞAN

“Rusiya və Suriya ilə aparılan işlər sayəsində daha çox suriyalı qaçqını vətənlərinə qaytarmaq mümkün olacaq”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, bu barədə Ankarada keçirilən ombudsmanların “21-ci əsrdə insan haqlarının gələcəyi” beynəlxalq konfransında çıxışı zamanı deyib.

“Ümid edirəm ki, Rusiya və Suriya ilə diplomatik səylərimiz sayəsində daha da çox qaçqın Suriyaya qayıdacaq. Hazırda bu iş sayəsində 550 min insan öz evlərinə qayıdıb”, – Ərdoğan qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Bakı Baş Səhiyyə Mərkəzinin 2 milyonluq təmiri –

Sonrakı məqalə

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi