“Türkiyə səylərini davam etdirəcək”- Ərdoğan Rusiyanın “taxıl sazişi”ndən çıxmasından danışdı

“Ukraynadan 9,3 milyon ton kənd təsərrüfatı məhsulunun tədarükü sayəsində dünyada ərzaq böhranını nisbətən azaltmaq mümkün olub”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 8-ci Ümumdünya Türk Tibb Konqresində çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, Rusiyanın şübhələrinə baxmayaraq, Türkiyə taxıl məsələsində səylərini davam etdirəcək: “Ukrayna taxılını dünyanın xidmətinə təqdim etməklə biz ərzaq böhranının nisbətən azalmasını təmin etdik. İnsanlığa xidmət üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik”.

Qeyd edək ki, Rusiya BMT Baş katibi Antonio Quterreşi Moskvanın “taxıl sazişi”ndə iştirakı dayandırması ilə bağlı məlumatlandırıb. Müraciəti Rusiyanın Ümumdünya Təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenza ünvanlayıb. Onun sözlərinə görə, Sevastopol hücumu fonunda Rusiya mülki gəmilərin təhlükəsizliyinə təminat verə bilmir.

Azpost.info

Əvvəlki məqalə

Rusiya və Türkiyə yeni qaz qovşağının yaradılması üçün müzakirələrə başlayıb

Sonrakı məqalə

“100 dərmandan 89-u yerlidir, səhiyyədə dünya liderlərindən olmaq niyyətindəyik”