Rusiya vətəndaşlığını alan Latviya sakinləri ölkəni tərk etməli olacaqlar- XİN xəbərdarlıq etdi

Rusiya vətəndaşlığını qəbul edən latviyalılara bundan sonra Latviyada yaşamaq icazəsi verilməyəcək. Onlar ölkəni tərk etmək məcburiyyətində qalacaqlar.

Azpost.info xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviç “Tviter”də yazıb.

Nazir qanunvericiliyə müvafiq dəyişikliklərin ediləcəyini bildirib.

Beləliklə, Rinkeviçs Rusiya Dumasının Baltikyanı ölkələrin sakinləri üçün vətəndaşlıq almaq prosedurunu sadələşdirmək üçün nəzərdə tutulmuş qanun layihəsinə baxmağı planlaşdırdığına dair mesajına reaksiya verib.

Məlum təşəbbüs iyunun sonunda irəli sürülüb və avqustun 8-də Dövlət Dumasının sədri Vyaçeslav Volodin buna payız sessiyasında baxılacağını bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Bir ölkə, iki sistem” ideyasını qəti şəkildə rədd edirik”

Sonrakı məqalə

Estoniya Şengen vizası verdiyi Rusiya vətəndaşlarını ölkəyə buraxmayacaq