“Bir ölkə, iki sistem” ideyasını qəti şəkildə rədd edirik”- Tayvan XİN-dən Çinə ultimatum

“Çinin “bir ölkə, iki sistem” ideyasını dəstəkləmirik”.

Azpost.info xəbər verir ki, “Reuters” bunu Tayvan Xarici İşlər Nazirliyinin sözçüsü Coan Ouya istinadən yazıb.

“Tayvan “bir ölkə, iki sistem” ideyasını qəti şəkildə rədd edir”, – XİN rəsmisi deyib. O qeyd edib ki, yalnız Tayvan xalqı öz gələcəyini müəyyən etmək hüququna malikdir.

Tayvanla bağlı “bir ölkə, iki sistem” tezisi keçmiş Çin lideri Den Syaopin tərəfindən 1980-ci illərin əvvəllərində irəli sürülüb. Bu ideya vahid Çinin mövcudluğunu nəzərdə tutur.

Azpost.info

Əvvəlki məqalə

Rusiya yüksək səviyyədə Azərbaycan-Ermənistan görüşünü planlaşdırır –

Sonrakı məqalə

Rusiya vətəndaşlığını alan Latviya sakinləri ölkəni tərk etməli olacaqlar