Rusiya vətəndaşlığını alan miqrantları hərbi əməliyyat zonasına göndərirlər

Rusiya vətəndaşlığını alan miqrantlar hərbi xidmət üçün müqavilə bağlamağa məcbur edilir.

Azpost.info xəbər verir ki, bu barədə Orta Asiya respublikalarından gələn miqrantlar bildiriblər.

Özbəkistan vətəndaşının sözlərinə görə, Daxili İşlər Nazirliyinin Kaluqa vilayəti üzrə miqrasiya idarəsində müfəttiş onun sənədlərinə belə, baxmayıb və xüsusi hərbi əməliyyatda iştirak üçün müqaviləni imzalaması üçün hərbi komissarlığa göndərib.

“Onlara dedim ki, bunu yalnız Rusiya vətəndaşları imzalaya bilər, əcnəbiləri zorla göndərməyə haqları yoxdur. Bizimlə kobud danışırlar. Sənədlərin verilməsində problemlər aprel ayından başlayıb. Miqrasiya şöbəsində vətəndaşlıq almaq üçün müraciət edənlər çoxdur, xüsusən də Tacikistan vətəndaşları. Bütün kişilər hərbi komissarlığa göndərilir, qadınların sənədləri isə sakitliklə qəbul edilir”, – mənbə bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.