Rusiya və Ukrayna enerji atəşkəsi ilə bağlı razılığa gəlib

Rusiya və Ukrayna enerji atəşkəsi ilə bağlı ilkin razılığa gəlib.

Bu barədə Rusiya KİV-i hərbi müxbirlərə istinadən məlumat yayıb.

Məlumata görə, bu gündən etibarən Rusiya və Ukrayna hərbçilərinə enerji infrastrukturuna zərbə endirmək qadağan edilib.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya ilə Ukrayna arasında enerji atəşkəsi ilə bağlı xəbərlərə münasibət bildirməkdən imtina edib.

Bugünkü brifinqdə Peskova Rusiya və Ukrayna arasında enerji atəşkəsi ilə əlaqədar ilkin razılığın əldə olunmasına dair sual verilib. Putinin sözçüsü sualı cavabsız qoyub.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.