Rusiya və Çinin xarici siyasət idarələrinin rəhbərləri aprelin 1-də Rusiya paytaxtında danışıqlar aparacaq. AzPost xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytında məlumat verilib.
Bildirib ki, nazirlər Sergey Lavrov və Vanq Yi görüşdə Ukrayna böhranının həlli imkanlarını, ikitərəfli əlaqələri və ən yüksək səviyyədə münasibətləri müzakirə edəcəklər.
Rəsmi açıqlamada həmçinin deyilir ki, iki nazirin müzakirə planlarına “beynəlxalq gündəmin ən aktual problemləri, o cümlədən Ukrayna ətrafında böhranın həlli perspektivləri” daxildir.