Rusiya və Türkiyə anti-Rusiya sanksiyalarından irəli gələn bank köçürmələri ilə bağlı problemləri aradan qaldırmağa çalışırlar.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, vəziyyət həm yerli, həm də Türkiyənin iqtisadi operatorlarının maraqlarına ciddi ziyan vurur.
“Vəziyyətdən çıxış yolu tapmaq üçün təmaslar aparılır. Müəyyən problemlər var, amma bu problemlərin nədən qaynaqlandığı göz qabağındadır. Bu, həm bizim, həm də Türkiyəyənin maraqlarına ciddi ziyan vurur”, – Peskov deyib.
Azpost.info