Rusiya və Türkiyə taxıl ixracı barədə razılıq əldə edib

Rusiya və Türkiyə bir milyon ton taxıl ixracı barədə razılıq əldə ediblər.

Bu barədə Rusiya XİN başçısının müavini Aleksandr Qruşko jurnalistlərə məlumat verib.

O bildirib ki, bununla bağlı bütün prinsipial razılıqlar əldə edilib və sövdələşmənin texniki tərəflərinin hazırlanması üçün tezliklə işgüzar əlaqələr yaradılacaq. Tərəflər logistik, maliyyə və digər məsələləri müzakirə edəcəklər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.