Rusiya və Ukrayna hərbi kəşfiyyatının başçıları Əbu-Dabidə birbaşa danışıqlar aparır

Rusiya və Ukrayna nümayəndələri Əbu-Dabidə münaqişənin sülh yolu ilə həlli ilə bağlı birbaşa danışıqlar aparırlar.

AzPost bildirir ki, bu barədə Axios mötəbər mənbələrə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, ABŞ-ın  ordu naziri Den Driskol Amerika diplomatları Ukrayna ilə sülh planının layihəsi barədə ilkin razılığa gəldikdən sonra Rusiya tərəfi ilə danışıqlar aparır.

Axios mənbələrinin məlumatına görə, Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Əbu-Dabidədir və həm Amerika, həm də Rusiya tərəfləri ilə danışıqlarda iştirak edir.

Portala görə, hər iki ölkənin hərbi kəşfiyyat xidmətlərinin rəhbərləri ehtimal ki, Əbu-Dabidəki danışıqlarda Rusiya və Ukrayna nümayəndə heyətlərinə rəhbərlik edirlər.

Nəşrin məlumatına görə, hərbi kəşfiyyat rəhbərlərinin əvvəlcə fərqli bir mövzuda görüşməsi planlaşdırılırdı. Lakin ABŞ-ın ordu naziri Den Driskolun Əbu-Dabiyə səfəri ilkin planı dəyişdirib.

Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov, Ukraynadan isə Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi Kirill Budanovun başçılıq etməsi qeyd olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.