“Rusiya xaricdəki aktivlərini qorumaq üçün qəti addımlar atmağa hazırdır”.
Azpost.info xəbər verir ki, bunu bügünkü brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, lazım gələrsə, Rusiyanın suveren mülkiyyətinə qəsd edən ölkələrə qarşı ayrıca kompensasiya tədbirləri tətbiq ediləcək.
“Dost olmayan ölkələrin Rusiya dövlətinin vəsaitindən öz siyasi problemlərini həll etmək üçün istifadə etmək planları bizim tərəfimizdən yalnız suveren mülkiyyətə kobud qəsd kimi qəbul edilir və təbii ki, müvafiq reaksiyaya səbəb olacaq”, – XİN rəsmisi vurğulayıb.
Azpost.info