“Ali təhsil diplomu ala bilməyən jurnalistlərlə bağlı məsələ diqqətimizdədir” –MEDİA

Azərbaycanda ali məktəbi bitirdikdən sonra obyektiv səbəblər üzündən diplom ala bilməyən jurnalistlərin media reyestrindən keçə bilməməsi məsələsi Medianın İnkişafı Agentliyinin (MEDİA) diqqətindədir.

Azpost.info xəbər verir ki, MEDİA-nin icraçı direktoru Əhməd İsmayılov 2022-ci ildə görülmüş işlərlə və perspketivdəki hədəflərlə bağlı keçirilən hesab konfransında bu məsələdən də danışıb.

O bildirib ki, bu barədə MEDİA-ya müraciətlər daxil olub: “Jurnalistlərin problemlərini bildirmək üçün Media Agentliyi var. Onlar problemlərinin həlli üçün bizə müraciət edirlər. Bu məsələ ilə bağlı məşğul olan dövlət orqanı var. Ona müraciət etməlisiz ki, müvafiq qurum bununla bağlı hansısa bir iş görsün. Biz Media Agentliyi olaraq sizə söz veririk ki, bu məsələni aidiyyatı qurumların qarşısında qaldıracağıq. Görək necə həll edə bilərik? Bununla bağlı biz Media Agentliyinə müraciətlərin sayını bilirik. Mən də həmkarlardan xahiş edəcəm ki, bu məsələ ilə bağlı arayış hazırlansın. Aidiyyatı orqanlardan da xahiş edəcəm ki, gələcəkdə problemin həlli üçün çıxış yolu tapılsın”.

H.ABBAS

Əvvəlki məqalə

“Sən “Rolex”i “Casio”ya dəyişdin…”

Sonrakı məqalə

“Rusiya xaricdəki aktivlərini qorumaq üçün qəti addımlar atmağa hazırdır”