Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Hakan Fidanla görüşüb

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşdüyünü təsdiqləyib.

SVR direktoru TASS-a Hakan Fidan ilə görüşün keçirildiyini, görüş zamanı ikitərəfli münasibətlərin müzakirə edildiyini bildirib.

“Fidan uzun illər Türkiyənin kəşfiyyat xidmətinə rəhbərlik etdiyi üçün geniş əlaqələrimiz var. O, çox yaxşı, düşüncəli, böyük təcrübəyə malik peşəkar tərəfdaşdır. Ona görə də onunla görüşmək mənim üçün çox xoş idi, baxmayaraq ki, o, artıq xarici işlər naziri vəzifəsindədir və ümid edirəm ki, bu, ona da xoş oldu”, – Narişkin vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.