Rusiya Xarkova raket atıb- 49 nəfər ölüb, 7 nəfər yaralanıb

Rusiya hərbçiləri Xarkov vilayətinin Kupyanski rayonunun Qroza kəndinə hava zərbələri endirib.

Azpost.info xəbər verir ki, raketlərdən biri kafe-mağazaya düşüb.

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, nəticədə biri uşaq olmaqla 49 nəfər həlak olub, 7 nəfər yaralanıb.

Məlumata görə, kəndin atəşə tutulması saat 13:25 radələrində başlayıb. Həmin vaxt kafe-mağazada xeyli mülki vətəndaş var imiş.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.