Rusiya XİN Ermənistanı və Azərbaycanı təmkinli olmağa çağırdı- AÇIQLAMA

“Ermənistanı və Azərbaycanı Dığ kəndi yaxınlığında baş verən insidentdən sonra təmkinli olmağa çağırırıq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə deyib.

O qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin və Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd xidmətinin nümayəndələri Ermənistan və Azərbaycan tərəfləri ilə təmasda olub və gərginliyin azaldılması üçün tədbirlər görüblər.

“Ərazidə olan Rusiya FTX-nin silahlı qüvvələrinin və sərhəd xidmətinin nümayəndələri dərhal Ermənistan və Azərbaycandakı məsul şəxslərlə əlaqə saxlayıb və gərginliyin aradan qaldırılması üçün tədbirlər görüblər. İnsident bir daha Bakı və İrəvanın qarşılıqlı təmkin nümayiş etdirməsinin, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusuna ciddi əməl etmələrinin zəruriliyini təsdiqləyir”, – Zaxarova bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.