“Rusiya Finlandiyanın NATO-ya daxil olmasına, o cümlədən hərbi-texniki tədbirlərə cavab verəcək”.
Azpost.info xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin bəyanatındandır.
Nazirliyin bəyanatında bildirilir ki, Rusiyanın şimal-qərb sərhədində müdafiə tikintisində konkret addımlar Finlandiyanın Alyansa daxil olması şərtlərindən asılı olacaq
“Rusiya qonşuluqda NATO-nun hərbi infrastrukturunun və zərbə silah sistemlərinin yerləşdirilməsinə diqqət yetirəcək. Dəfələrlə xəbərdar etdiyimiz kimi, Finlandiyanın NATO-ya daxil olması ilə bağlı milli təhlükəsizliyimizə yaranan təhdidləri dayandırmaq üçün Rusiya həm hərbi-texniki, həm də digər xarakterli cavab tədbirləri görməyə məcbur olacaq”, – XİN-dən bildiriblər.
Azpost.info