“Rusiya yazda daha böyük hücuma başlamaq üçün münaqişəni dondurmağa çalışır”- NATO Baş katibi

“Hazırda Ukraynada hərbi münaqişənin diplomatik yolla həlli üçün heç bir şərait yoxdur”.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq hesab edir ki, qışda münaqişə daha sakit fazaya keçəcək: “Moskva və Kiyev qüvvələrini yenidən toplamağa və yenidən silahlandırmağa çalışacaq”.

Baş katibin sözlərinə görə, Qərb ölkələri Ukraynaya silah tədarükünü davam etdirməlidir: “Rusiya müharibənin sülh yolu ilə başa çatmasını istədiyinə dair heç bir əlamət göstərmir və yazda daha böyük hücuma başlamaq üçün münaqişəni dondurmağa çalışır”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.