Rusiya əhalisində 90 milyard nağd dollar var –Mərkəzi Bank

Avropa İttifaqı və ABŞ-ın Rusiyaya avro və dollar qadağası fonunda ölkədə əsas nağd xarici valyuta sahibi əhalidir.

Azpost.info xəbər verir ki, vətəndaşlar 90 milyard dollardan çox xarici valyuta yığıblar. Rusiya Mərkəzi Bankınn məlumatına görə, ötən ilin oktyabrında vətəndaşların əlində təxminən 86 milyard dollar olub. Növbəti 4 ay ərzində əhali daha 4-6 milyard xarici valyuta əldə edib ki, bu da rekord göstərici hesab olunur.

Rusiyalı iqtisadçısı Yevgeni Nadorşin bildirir ki, birinci rübün sonuna qədər fiziki şəxslərin əlində olan nağd xarici valyutanın həcmi 100 milyard dollara qədər artacaq. İnsanlar Mərkəzi Bankın müəyyən etdiyi dollar limiti daxilində pullarını çıxarmağa davam edəcəklər. Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir