Rusiyada 21 yaşdan aşağı insanlara burger və şaurma satmaq qadağan edilir

Rusiyada 21 yaşdan kiçik insanlara burger və şaurma satışı qadağan ediləcək.

Azpost.info Bloomberg-ə istinadən bildirir ki, bu təşəbbüslə Müasir Siyasət Tədqiqatları İnstitutu çıxış edib.

İnstitut hesab edir ki, gənclər çox tez-tez “fast fud” yeyirlər və nəticələrini nəzərə almırlar, buna görə də dövlət onları qorumalıdır.

Təşəbbüsün müəllifləri həmçinin uşaqlar və yeniyetmələr arasında piylənmənin artması səbəbindən “sağlam olmayan qida” satışını tənzimləməyi vaciv hesab edirlər. Onlar həmçinin belə satış yerlərinin məktəblərin yaxınlığında yerləşdirilməsini qadağan etməyi təklif edirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.